Ermənistan prezidenti orduda yeni təyinatlar edib

Ermənistan prezidenti orduda yeni təyinatlar edib
  14 Fevral 2024    Oxunub:931
Ermənistan prezidenti ordu rəhbərliyində bir sıra təyinatlar edib.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, prezidenti Vaaqn Xaçaturyanın sərəncamları ilə V.Sarkisyan adına Hərbi Akademiyanın rəisi polkovnik Artur Yeroyan Baş Qərargah rəisinin müavini təyin edilib. Digər sərəncamla Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna general-mayor Artak Budaqyan rəhbərlik edib.

Prezident həmçinin Baş Qərargah rəisinin birinci müavini general-leytenant Kamo Koçuntsu tutduğu vəzifədən uzaqlaşdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti