Vaşinqton: “Kiyev NATO-ya dəvət almayacaq”

   Vaşinqton:    “Kiyev NATO-ya dəvət almayacaq”
  14 Fevral 2024    Oxunub:918
ABŞ-nin Şimali Atlantika Alyansındakı səfiri Culian Smit bildirb ki, Ukrayna bu il NATO-ya dəvət alacağına gözləməməlidir.
AzVision.az xəbər verir ki, ötən il Litvada keçirilən sammitdə NATO kliderləri Ukraynanın gələcəyinin Alyansda olduğunu desələr də, bloka üzvlük üçün dəvətdən və vaxt cədvəli təyin etməkdən çəkindilər.

“Keçən ilki sammitdən bəri biz Ukraynadakı dostlarımıza avro-atlantik məkana inteqrasiyaya yaxınlaşmaq istiqamətində öz ölkələrində lazımi islahatları aparmağa kömək etmək naminə bir sıra addımlar atmaq üçün çox çalışdıq. Lakin indiki mərhələdə NATO-nun Ukraynaya dəvət göndərəcəyini gözləmirəm” , - alyansın iyul ayında Vaşinqtonda keçiriləcək sammitini nəzərdə tutan xanım Smit deyib.

Ukraynalı jurnalistin sözügedən məsələ ilə bağlı sualını cavablandıran ABŞ-nin NATO-dakı səfiri sammitdə alyansın Kiyevə bloka üzvlüyünün yaxınlaşdığına dair siqnal verəcəyini söyləyib.

- Mən gözləyirəm ki, müttəfiqlər alyansın Ukraynaya yaxınlaşmağa davam etdiyinə dair siqnal göndərə biləcəklər və biz indi olduğumuz yerlə tam üzvlük arasında körpü olmaq üçün konkret addımlar atırıq” , - səfir qeyd edib.

Xanım Smit Ukrayna prezidenti Volodomir Zelenskinin sammitdə şəxsən iştirak edəcəyinə ümidli olduğunu da bildirib. Onun sözlərinə görə, ən əsası, Vladimir Putinə Ukraynaya dəstək baxımından geri çəkilmədikləri və lazım olduğu müddətcə Kiyevə yardım göstərəcəkləri barədə siqnal göndərə biləcəklər.

Qeyd edək ki, ötən ilin sonunda Volodomir Zelenski Kiyevin NATO-dan hazırda Ukraynanın nəzarəti altında olan ərazilərlə alyansa qoşulmaq təklifinin almadığını açqılamışdı. Ukraynanın NATO-ya “qismən qoşulması” ideyasını isə blokun keçmiş baş katibi Anders Foq Rasmussen dəstəkləyib.

"NATO-nun Ukrayna ərazisinin bir hissəsinə təhlükəsizlik zəmanətlərini verə biləcəyi fikrini real hesab etmirəm. Bəzilərinin qismən iştirakı ilə bağlı siqnalları cəfəngiyyatdır. Sözüm bunu deyənlərin xətrinə dəyməsin” , - həmin təklifin qarşılığında Ukrayna prezidenti buldirib.

NATO-nun indiki baş katibi Yens Stoltenberq də, öz növbəsində, dəqiqləşdirib ki, alyans ölkələri Rusiya ilə qarşıdurması zamanı Ukraynanaın bloka qoşulmasını mümkün hesab saymırlar. Stoltenberq NATO-nun birinci vəzifəsinin Kiyevi dəstəkləmək, ikincisi isə münaqişənin Rusiya ilə Şimali Atlantika bloku arasında tamhüquqlu müharibəyə çevrilməsinin qarşısını almaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, üçüncü vəzifə isə alyans qoşunları ilə Ukrayna ordusunun tam uyğunluğunu təmin etməkdir.

Bu bəyanatlardan bir daha aydın olur ki, Rusiya ilə açıq müharibəyə girməkdən açıq-aşkar çəkinən Qərb digər ölkələri və xalqları qırğına verməkdən heç də çəkinmir. Onları bu fəlakətə sürükləmək üçün isə yağlı vədlər siyasətindən gen-bol istifadə edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   NATO  





Xəbər lenti