CNN: ABŞ yəhudilərinin 63%-i özlərini təhlükədə hiss edirlər

   CNN:    ABŞ yəhudilərinin 63%-i özlərini təhlükədə hiss edirlər
  14 Fevral 2024    Oxunub:1193
ABŞ-də yaşayan yəhudilərin 63%-ə qədəri özlərini təhlükəsiz hiss etmir.
Bu barədə CNN ictimai rəy sorğusuna istinadən məlumat yayıb.
Amerika Yəhudi Komitəsinin (AJC) sifarişi ilə aparılan araşdırmaya görə, 2022-ci ilin sonu ilə müqayisədə təhlükəsizliklərindən narahat olan amerikalıların sayı 22% artıb.

Respondentlərin yalnız 3%-i özünü bir il əvvəlkindən daha təhlükəsiz hiss etdiyini bildirib. Sorğu iştirakçılarının 34%-i bu mövzuda heç bir dəyişiklik olmadığını etiraf edib.

Sorğu 2023-cü ilin payızında keçirilib. Sosioloqların suallarını yaşı 18-dən çox olan 1528 nəfər cavablandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti