67 yaşlı təqaüdçü hərbi komissarlığı yandırdığına görə 10 il cəza aldı

67 yaşlı təqaüdçü hərbi komissarlığı yandırdığına görə    10 il cəza aldı
  14 Fevral 2024    Oxunub:823
Rusiyanın Sankt-Peterburq bölgəsində qadın hərbi komissarlığı yandırdığı üçün həbs cəzası alıb.
AzVision.az xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti məlumat yayıb.

Yerli sakin ümumilikdə hərbi komissarlığa 91 965 rubl məbləğində ziyan vurub. Təqsirləndirilən şəxs günahını etiraf edib və artıq dəyən ziyanı da ödəyib.

Məhkəmə 67 yaşlı təqaüdçünü ümumi rejimli islah koloniyasında cəza çəkməsi üçün on il müddətinə azadlıqdan məhrum edib.

Məlum olub ki, naməlum şəxslər hərbi komissarlığın binasını yandırmaq üçün 67 yaşlı pensiyaçıya 50 min rubl təklif ediblər. Qadın həmin şəxslərlə messencer vasitəsilə əlaqə saxlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti