Ruslar Finlandiyadakı mənzillərini kütləvi şəkildə satırlar

Ruslar Finlandiyadakı mənzillərini kütləvi şəkildə satırlar
  14 Fevral 2024    Oxunub:831
Ruslar Finlandiyada kütləvi şəkildə öz mənzillərini satırlar.
AzVision.az xəbər verir ki, bu barədə “Fontanka.ru” məlumat yayıb.

Nəşrin məlumatına görə, populyar elanlar saytında satış üçün təklif olunan ən ucuz variant İmatrada 700 min rubla olan 31 kvadratmetrlik bir otaqlı mənzildir. İki otaqlı və 52 kvadratmetr sahəsi olan mənzil isə 775 min rubladır. 84 kvadratmetrlik evlər isə 1,5 milyon rubladır. Bu ev 12 sot torpaq sahəsindədir və sərhəddən 15 dəqiqəlik məsafədə yerləşir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti