Silahla məktəbə yaxınlaşan yeniyetmə saxlanıldı

Silahla məktəbə yaxınlaşan yeniyetmə saxlanıldı
  14 Fevral 2024    Oxunub:779
Tatarıstanın Kazan şəhərinin "Zalesnıy Siti" yaşayış kompleksinin sakinləri bu gün sosial şəbəkələrdə həyəcanlı paylaşımlar ediblər.
Onlar əlində silah tutan bir yeniyetmənin məktəbə doğru getməsini əks etdirən fotolar yayıblar. Paylaşımlardan dərhal sonra polisə müraciətlər daxil olub. Şəhər polisinin mətbuat xidməti faktı təsdiqləyib və qeyd edib ki, onlar şübhəli gənclə bağlı zəngə operativ reaksiya veriblər: "Müəyyən edilib ki, 16 yaşlı yeniyetmə əvvəlcə pnevmatik silahla meşəyə atəş açmağa gedibmiş. Yeniyetmənin sözlərinə görə, onun heç kimə zərər vurmaq niyyəti olmayıb”,"

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti