Neçə Qərb şirkəti Rusiyanı tərk edib?

Neçə Qərb şirkəti Rusiyanı tərk edib?
  14 Fevral 2024    Oxunub:907
Son iki ildə böyük Qərb şirkətlərinin yalnız beşdə biri Rusiyanı tərk edib. Qalan 80% ölkədə biznesini saxlayıb, bəziləri isə hətta investisiyaları artırmağa davam edir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov məlumat verib.

Nazirin sözlərinə görə, 500-ə yaxın Avropa şirkətindən 100-ü Rusiyanı rəsmən tərk edib. Oxşar vəziyyət Amerika korporasiyalarında da müşahidə olunur - 2022-ci ilə qədər Rusiyada mövcud olan 350 şirkətdən 2024-cü ilə qədər yalnız 66-sı (19%) qalıb.

“Bu, onu göstərir ki, bizim bazar da, potensialımız da onlara maraqlıdır”, - Manturov qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti