Azərbaycan “Yaddaş qatarı”na qoşulub

   Azərbaycan    “Yaddaş qatarı”na    qoşulub
  14 Fevral 2024    Oxunub:1350
Azərbaycan “Yaddaş qatarı” hərbi-vətənpərvərlik layihəsinə qoşulub.
AzVision.az xəbər verir ki, bu barədə Belarus Milli Assambleyasının Respublika Şurasının (yuxarı palata) sədri Natalya Koçanova məlumat verib.

"Belarus və Rusiyadan olan uşaqlarla yanaşı, keçən il olduğu kimi Qırğızıstan, Ermənistandan da uşaqlar olacaq. Artıq Azərbaycan da bizə qoşulub. Bundan başqa, Qazaxıstan və Özbəkistanla danışıqlar davam edir", - deyə "SB. Belarus Today" nəşri onun sözlərini sitat gətirib

2023-cü il iyunun ortalarında Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bəyan etdi ki, “Yaddaş qatarı” layihəsinin təşkilatçıları Sovet İttifaqının dağılmasından sonra formalaşmış 15 ölkədən, o cümlədən Baltikyanı ölkələrdən, Gürcüstan və Ukraynadan gəncləri dəvət etmək niyyətindədirlər.

“Yaddaş qatarı” – Koçanova və Federasiya Şurasının sədri Valentina Matvienkonun təşəbbüsü ilə həyata keçirilən layihə ilk dəfə 2022-ci ildə Rusiya və Belarus parlamentlərinin yuxarı palatalarının himayəsi altında “Rusiya Dəmir Yolları” ilə birgə həyata keçirilib. 2023-cü ildə layihə Belarus və Rusiyanın Birlik Dövlətinin tədbiri statusunu aldı. Aksiyada Rusiyadan 90, Belarusdan 70 məktəblidən əlavə, Ermənistan və Qırğızıstandan hər biri 20 olmaqla orta məktəb şagirdi iştirak edib. İyunun 22-dən iyulun 6-dək Belarus və Rusiya ərazisini gəzən qatarın marşrutu boyunca yerləşən şəhərlərdə Böyük Vətən Müharibəsi və iki ölkənin tarixinin digər mühüm tarixləri ilə bağlı anım tədbirləri keçirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti