Ərdoğan BMT TŞ-yə Qəzza ilə bağlı çağırış edib

Ərdoğan BMT TŞ-yə Qəzza ilə bağlı çağırış edib
  14 Fevral 2024    Oxunub:980
İsrailin Qəzzaya hücumları nəticəsində 28 mindən çox fələstinli həyatını itirib, 70 minə yaxın insan isə yaralanıb.
AzVision.az -ın xəbərinə görə, bu barədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə misirli həmkarı Əbdülfəttah əs-Sisi birgə mətbuat konfransı zamanı bildirib.


O qeyd edib ki, Qəzzada atəşkəsə nail olmaq və humanitar yardımların maneəsiz çatdırılması prioritet məsələdir: “Ölkəmiz indiyədək Qəzzaya 34 min tondan çox yardım göndərib”.

Ərdoğan, həmçinin başda BMT Təhlükəsizlik Şurası olmaqla beynəlxalq ictimaiyyəti Qəzzada davam edən qətliamı dayandırmaq üçün hərəkətə keçməyə çağırıb.

AzVision.az



Teqlər:





Xəbər lenti