Türkiyədə qızıl mədənindəki torpaq sürüşməsi ilə bağlı 7 nəfər saxlanılıb

Türkiyədə qızıl mədənindəki torpaq sürüşməsi ilə bağlı 7 nəfər saxlanılıb
  14 Fevral 2024    Oxunub:924
Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda qızıl mədənindəki torpaq sürüşməsi ilə bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılıb.
Bu barədə AzVision.az TRT-yə istinadən xəbər verir.

Hadisə ilə bağlı başladılan araşdırmalar davam edir.

Bununla yanaşı, torpaq altında qalan doqquz nəfərin xilasedilməsi üçün işlər aparılır.

Fevralın 13-də Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda torpaq sürüşməsi baş verib. Hadisə qızıl mədəni ərazisində qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti