Yük gəmisi dənizdə batdı

   Yük gəmisi dənizdə batdı
  15 Fevral 2024    Oxunub:759
69 metr uzunluğu olan yük gəmisi İmralı adasının cənub-qərbində, Mərmərə dənizində batıb. Gəmidə olan 6 nəfərlik ekipajın xilas edilməsi üçün işlər intensiv şəkildə davam edir.
Sahil Təhlükəsizliyi Baş İdarəsi “KEGM-6” və “KİYEM-4” sürətli xilasetmə katerlərini hadisənin baş verdiyi yerə göndərib. Bildirilir ki, gəminin batdığı ərazidə dalğaların hündürlüyünün 3 metrə yaxınlaşıb.

Nəqliyyat və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, gəmidən son siqnal saat 07:12-də alınıb. Bölgəyə gələn TCSG 25, TCSG 85, TCSG 313 qayıqları axtarışları davam etdirir.

Hava şəraiti ilə əlaqədar helikopter havaya qalxa bilməyib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti