Ermənistanı NATO və ATƏT-də hərbi attaşelər təmsil edəcək

Ermənistanı NATO və ATƏT-də hərbi attaşelər təmsil edəcək
  15 Fevral 2024    Oxunub:887
Ermənistanın NATO və ATƏT-dəki nümayəndələri hərbi attaşelərlə əvəzlənəcək. Bununla bağlı qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
Hərbi attaşelərdən biri Ermənistanı NATO-nun Brüsseldəki qərargahında, digəri isə Belçikanın Mons şəhərində yerləşən NATO-nun Ali Müttəfiq Qüvvələri Komandanlığında təmsil edəcək.

Bundan əlavə, müdafiə attaşesi Ermənistanın Vyanada, ATƏT-dəki nümayəndə heyətinin tərkibində çalışacaq.

Bu isə o deməkdir ki, Ermənistan əsas beynəlxalq təşkilatlarda təmsilçiliyini gücləndirməyə çalışır. Əvvəllər Ermənistanın NATO-da sadəcə nümayəndəsi, ATƏT-də isə Müdafiə Nazirliyinin təmsilçisi fəaliyyət göstərib.
Tural Tağıyev
AzVision.az



Teqlər: NATO   Ermənistan  





Xəbər lenti