Qaluzin İrəvanın KTMT-ni boykot etməsindən danışdı - VİDEO

 Qaluzin İrəvanın KTMT-ni boykot etməsindən danışdı  - VİDEO
  15 Fevral 2024    Oxunub:1188
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalmaq və qurum daxilində tam hüquqlu məsləhətləşmələrə, müzakirələrə qayıtmaq ilk növbədə Ermənistan xalqının və dövlətinin maraqlarına cavab verir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində danışıb. O, Ermənistan tərəfinin struktur çərçivəsində bir sıra görüşləri boykot etməsindən də söz açıb.

Qaluzin qeyd edib ki, KTMT mexanizminin Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından obyektiv alternativi yoxdur. Üstəlik, qurumun üzvü olan dövlətlər İrəvana əvvəllər yardım göstərməyə hazır idilər və indi də hazırdırlar.

Nazir müavini deyib ki, vaxtilə Ermənistana hərbi-texniki xarakterli, və ixtisaslaşmış kadrların hazırlanması ilə bağlı tədbirlərin görülməsi, Azərbaycanla sərhədyanı ərazilərə KTMT-nin monitorinq missiyasının göndərilməsi təklif olunub. Amma təəssüf doğuran hal odur ki, həmin mərhələdə bu ideya və təkliflər bəyənilmədiyi üçün həyata keçirilməyib: "Bizim fikrimizcə, Cənubi Qafqazın gələcəyi bu regionda ümumi ev kimi yaşayan ölkələr tərəfindən müəyyən edilməlidir. Nə ABŞ, nə Fransa, nə də Avropa İttifaqı ölkələri bura aid deyil. Müvafiq olaraq, qeyri-regional qüvvələrin, təəssüf ki, rəsmi İrəvanın son vaxtlar meylləndiyi “qərblilərin” regiona cəlb edilməsini əks-məhsuldar hal hesab edirik. Biz görürük ki, ABŞ və onun Avropa İttifaqı ilə NATO-dan olan tərəfdaşlarının müdaxilə etdiyi heç bir ölkədə və ya regionda sabitlik, davamlı sülh yaranmayıb. Yalnız dövlətçiliyin məhvi, xaos və sabitliyin pozulması halları olub. Buna dair xeyli nümunələr var - Balkan, İraq, Liviya, Suriya, İsrailin işğal etdiyi Fələstin əraziləri".

Tural Tağıyev
AzVision.az



Teqlər: KTMT  





Xəbər lenti