Husi hücumları Britaniyaya çay idxalını azaldıb

 Husi hücumları Britaniyaya çay idxalını azaldıb
  15 Fevral 2024    Oxunub:892
Yəməndəki iranyönümlü husi qruplaşmasının İsraillə əlaqəli gəmiləri hədəfə alması qara çayı Qırmızı dəniz vasitəsilə əsasən Hindistan və Keniyadan alan Böyük Britaniyada çay böhranı yaradıb.
AzVision.az bildirir ki, vəziyyətlə bağlı açıqlama verənlər qara çay tədarükündə çətinlik meydana gəldiyini diqqətə çatdırırlar.

Ölkədəki ikinci ən böyük supermarket şəbəkəsi "Sainsbury's"ın rəhbərliyi çətinliyə görə müştərilərindən üzr istəyərək, çay qıtlığının həlli üçün tədbirlər görüldüyünü deyib.

Britaniya Pərakəndə Ticarət Birliyinin direktoru Endrü Opi isə açıqlamasında nikbin yanaşma ilə "yaranmış problemin istehlakçıların tələbatına ciddi təsir göstərməyəcəyini" söyləyib.

Yeri gəlmişkən, Böyük Britaniya çay istehlakına görə Türkiyə və İrlandiyanın ardınca dünyada üçüncü yeri tutur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   çay   qıtlıq   böhran  





Xəbər lenti