Xəzərdə Rusiyanın sərnişin gəmisi batıb

   Xəzərdə Rusiyanın sərnişin gəmisi batıb
  16 Fevral 2024    Oxunub:950
Xəzər dənizində göyərtəsində kapitan və iki sərnişin olan Rusiyanın kiçik gəmisi batıb.
AzVision.az xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsi hadisə ilə bağlı öz Telegram kanalında məlumat yayıb. Qeyd edilib ki, iki nəfər itkin düşüb.

"İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi əlverişsiz hava şəraiti səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüb. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb", - məlumatda deyiilir.

Bildirilib ki, daha bir nəfər qayıqla sahilə çıxarılıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda itkin düşənlərin axtarışı davam edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti