Macarıstan Aİ-nin 13-cü anti-Rusiya sanksiyalar paketinə qarşı

Macarıstan Aİ-nin 13-cü anti-Rusiya sanksiyalar paketinə qarşı
  16 Fevral 2024    Oxunub:912
Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri fevralın 14-də Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketi ilə bağlı razılığa gəlməyi planlaşdırırdılar, lakin Macarıstan nümayəndəsi sənədin qəbuluna mane olub.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb. Materialda qeyd olunur ki, Budapeşt yeni məhdudiyyətlərin tətbiqinin əleyhinə səs verən yeganə ölkə olub.

Söhbət 200-ə yaxın şəxs və şirkətləri hədəf alan sanksiyalar paketindən gedir. Eyni zamanda, sənəd razılaşdırılarkən təkcə Rusiya təşkilatları deyil, xarici təşkilatlar da məhdudiyyətlərə məruz qala bilərdi. “Avropa İttifaqı səfirlərinin dünənki görüşündə əleyhinə səs verən yeganə ölkə Macarıstan idi, əks halda sanksiyalar paketi təsdiqlənərdi”, - nəşr yazıb.

Nəşrin digər mənbəsi bildirib ki, Macarıstan səfiri ölkəsinə bu təşəbbüsü nəzərdən keçirmək üçün daha çox vaxt istəyib. Hazırda sənədin müzakirəsi davam edir. Onun tezliklə regional birliyə üzv dövlətlərin nazirləri tərəfindən baxılacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti