Çin ehtiyat hissəsinə görə minlərlə maşın ABŞ-a buraxılmadı

Çin ehtiyat hissəsinə görə minlərlə maşın ABŞ-a buraxılmadı
  17 Fevral 2024    Oxunub:917
ABŞ limanlarına gətirilən minlərlə “Porsche”, “Bentley” və “Audi” markalı avtomobillər ölkəyə buraxılmır. Buna səbəb isə Çində istehsal edilən və qadağan olunmuş ehtiyat hissədir.
Bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb. Belə ki, komponent uyğur xalqının nümayəndələrinin məcburi əməyindən istifadə olunduğu Qərbi Çində istehsal edilib. ABŞ-da Çinin belə ərazilərindən idxal qanunla qadağandır.

Avtomobil tədarükçüləri bildirib ki, həmin hissə vasitəçidən alındığı üçün şirkətlərin onun mənşəyindən xəbəri olmayıb. Hazırda mindən çox Porsche idman avtomobili və yolsuzluq avtomobilində, yüzlərlə Bentleydə və bir neçə min Audidə tapılan komponent əvəz edilir. Bundan əlavə, hadisə ilə bağlı araşdırmalara başlanılıb.


AzVision.az


Teqlər:





Xəbər lenti