Misir Qəzza yaxınlığında divar tikməyə başlayıb

Misir Qəzza yaxınlığında divar tikməyə başlayıb
  17 Fevral 2024    Oxunub:966
Misir hakimiyyəti Qəzzanın cənubundakı Rəfah yaxınlığında divar tikməyə başlayıb.
Bu barədə “The New York Times” peyk görüntülərinə və tikinti iştirakçılarına istinadən məlumat yayıb. Peyk fotoşəkilləri buldozerlərin Rəfah sərhəd keçidinin cənubundakı bufer zonasında geniş ərazini təmizlədiyini göstərir. Görüntülərdən məlum olur ki, işlərə fevralın 5-də başlanıb.

Tikintidə iştirak edən podratçı və mühəndis müxbirə bildirib ki, Misir ordusu onlara beş kvadrat kilometrlik ərazini əhatə etmək üçün beş metr hündürlüyündə beton divar tikməyi tapşırıb.

Eyni zamanda, nəşrin müəllifləri qeyd ediblər ki, bu strukturun sərhədi keçən qəzzalıları saxlamaq üçün nəzərdə tutulub-tutulmaması hələlik məlum deyil.

Misir hökumətinin sözçüsü şərh verməkdən imtina edib və sərhədin möhkəmləndirilməsinin zəruriliyi ilə bağlı hakimiyyət orqanlarının bəyanatlarına istinad edib.

AzVision.az


Teqlər:





Xəbər lenti