Aleksey Navalnı vəfat edib

   Aleksey Navalnı vəfat edib
  16 Fevral 2024    Oxunub:2321
Rusiyalı müxalifətinin lideri Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki "Qütb bayquşu" cəzaçəkmə koloniyasında ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin yerli idarəsi bəyanat yayıb.

Bildirilir ki, o bu gün gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər onun öldüyünü bildiriblər. 47 yaşlı siyasətçinin tromb yaranması səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Navalnı Rusiyada 2011-2013-cü illərdə meydana gələn etirazların öncülərindən olmuş, seçki saxtakarlığına və hökumətin korrupsiyasına qarşı kampaniya aparmışdı. Kreml əleyhinə müxalifətin rəhbəri timsalında ekstremizm və dələduzluq ittihamı ilə həbs edilmişdi.

2020-ci ildə noviçokdan zəhərlənmə şübhəsi ilə komaya düşmüş və müalicə üçün Almaniyaya aparılmışdı. Sağalaraq 2021-ci ildə ölkəsinə qayıtmış və şərti azadlığa buraxılma pozuntusu ittihamı ilə saxlanılmışdı.

Aleksey Navalnı ümumilikdə 30 il azadlıqdan məhrum edilmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   müxalifət   Navalnı   ölüm  





Xəbər lenti