Navalnının ölümü ilə bağlı Putinə məlumat verilib

   Navalnının ölümü ilə bağlı Putinə məlumat verilib
  16 Fevral 2024    Oxunub:1147
Rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verilib. Bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Bundan əvvəl Navalnının gəzintidən sonra özünü pis hiss etdiyini və koloniyada öldüyü barədə məlumat verilib.

İki dəfə mühakimə olunmuş Navalnı “Yves Rocher” işi üzrə cəza çəkmə şərtlərini dəfələrlə pozduğuna görə axtarışa verilib. 2021-ci ilin 2 fevralında məhkəmə onun şərti cəzasını real cəza ilə əvəz etmək qərarına gəlib. 2022-ci ilin martında o, həmçinin məhkəməyə hörmətsizlikdə və seçki kampaniyası üçün vəsait toplayarkən saxtakarlığa yol verməkdə, 2023-cü ilin avqustunda isə ekstremist icma yaratmaqda təqsirli bilinib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti