Ermənistanda Afrika taunu yüzlərlə donuzu məhv etdi - VİDEO

   Ermənistanda Afrika taunu yüzlərlə donuzu məhv etdi    - VİDEO
  16 Fevral 2024    Oxunub:1201
Ermənistanın Kotayk rayonunun Kamaris kəndində donuzların kütləvi ölümü qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Fermerlər donuzların surətlə məhv olmasına səbəb kimi Afrika taununun yayılmasını göstəriblər.

Ermənistanda 2 nəfər donuz qripindən ölüb
Heyvandarlıqla məşğul olanlar sosial şəbəkələrdə yüzlərlə ölü donuzu əks etdirən video və fotolar yayıblar. Kənd sakinləri İqtisadiyyat Nazirliyini və baş nazir administrasiyasını onların vaxtında ünvanladıqları siqnallara cavab verməməkdə ittiham edirlər.

"Armlur" saytının əməkdaşı ilə söhbət edən fermerlərdən biri deyib ki, heyvandarlıqla məşğul olan iş adamlarından biri 600, digəri 400, bir nəfər isə 100-ə yaxın donuz itirib.

“Qida Təhlükəsizliyi Müfəttişliyindən gəlib qeydlər apardılar. Dedilər ki, ölmüş mal-qaranı satmaq lazım deyil. Çünki onlardan Afrika taununun olub-olmadığını yoxlamaq üçün nümunələr götürüblər. Amma xəstəliyi təsdiq etməyiblər. Biz isə deyirik ki, imkan verin xaricdə testlər aparaq və bu virusun vəba olmasına dair sənədləri əldə edək. Təbii ki, imkan vermirlər...”, - fermer gileylənib.

O həmçinin qeyd edib ki, baytarlar heyvanların məhz vəba səbəbindən kütləvi şəkildə qırılmasına əmindirlər. Lakin müfəttişlik 75 faizlik kompensasiyanın ödənilməməsi üçün bu faktı təsdiqləmək istəmir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Donuz  





Xəbər lenti