Almaniya: "Qırmızı dənizdə ciddi tədbirlər görülməlidir"

      Almaniya:    "Qırmızı dənizdə ciddi tədbirlər görülməlidir"
  16 Fevral 2024    Oxunub:1133
Almaniya husilərin İsraillə əlaqəli gəmilərə hücumlarının qarşısını almaq üçün Qırmızı dənizdə Aİ-nin Hərbi Dəniz Qüvvələrinin yerləşdirilməsinə icazə verib.
AzVision.az bildirir ki, bu barədə Almaniyanın hökumət sözçüsü açıqlama verib.

"Qırmızı dənizdə, Bab əl-Məndəb boğazında gəmilər və onların ekipaj üzvləri üçün həyati təhlükəni qabaqlamaq naminə qızğın hərbi əməliyyata ehtiyac var", - o deyib.

Məlumata görə, ölkənin Qırmızı dəniz missiyasında tamhüquqlu iştirakı üçün gələn cümə parlamentdə səsvermə keçiriləcək.
Almaniya Qırmızı dənizə freqat göndərir

Xatırladaq ki, Almaniya bir neçə gün qabaq Qırmızı dənizdə husilərlə mübarizə məqsədilə freqat göndərmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Almaniya   Qırmızı-dəniz   əməliyyat  





Xəbər lenti