"Qərbin Navalnı ilə bağlı bəyanatları qəbuledilməzdir"

   "Qərbin Navalnı ilə bağlı bəyanatları qəbuledilməzdir"
  16 Fevral 2024    Oxunub:1404
Kreml Aleksey Navalnının ölümü ilə bağlı Qərbin bəyanatlarını “çirkin və qətiyyən qəbuledilməz” hesab edir, çünki ölümün səbəbləri ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ölümün səbəbi ilə bağlı heç bir məlumat yoxdur. Və belə bəyanatlar var. Aydındır ki, bunlar tamamilə çirkin bəyanatlardır. Bu cür bəyanatları qətiyyən qəbuledilməz hesab edirik”, - deyə o bildirib.

Kreml nümayəndəsi onu da deyib ki, hələlik nə həkimlərin, nə də məhkəmə-tibb ekspertlərinin rəyi yoxdur: “Federal Penitensiar Xidmət yekun məlumat verməyib".

Kremlin bu vəziyyətə reaksiya verib-verməyəcəyi sualına cavab olaraq Peskov qeyd edib: “Federal Penitensiar Xidmət reaksiya verir. Biz hər şeyi dedik, prezidentə məlumat verdik. Federal Penitensiar Xidmət edilməsi lazım olan hər şeyi edir", - Kreml nümayəndəsi bildirib.

Putinin Navalnının ölümü ilə bağlı istintaqı nəzarətə götürə biləcəyi sualına cavab olaraq Peskov vurğulayıb: “Bu mövzuda sizə deyəcək sözüm yoxdur”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti