Ermənistanda bunt: Eks baş nazir Paşinyana qarşı qiyama qalxır

      Ermənistanda bunt:    Eks baş nazir Paşinyana qarşı qiyama qalxır
  16 Fevral 2024    Oxunub:1265
Ermənistanda qatı rusiyayönlü siyasi qüvvələrin yaratdığı “Birgə” alternativ ictimai-siyasi hərəkatı (yeri gəlmişkən, Rusiyada eyni adlı iqtidaryönlü hərəkat var - red.) höküməti devirmək məqdədilə ilə kütləvi etirazlara başlayacağını açıqlayıb.
AzVision.az xəbər verir ki, hərəkatın koordinatoru - keçmiş baş nazir və birinci Qarabağ müharibəsi dövrünün məşhur cəlladı Vazgen Sarkisyanın qardaşı - Aram Sarkisyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, fevralın 20-də saat 16:30-da hərəkat fəalları şəhərin Azadlıq meydanında mitinq keçirəcək.

Rusiyayönlü lider bütün siyasi qüvvələri Nikol Paşinyanın istefasını tələb edən “Birgə” hərəkatını dəstəkləməyə çağırıb. O deyib: “Hazırki hökumət Qarabağı itirdi. Əməllərinə görə cavab verməlidir. Hökumətin istefası üçün 100 səbəbi bir kitabda toplamışıq. Mitinq zamanı xalqa paylayacağıq”.

Keçmiş baş nazir bildirib ki, “Paşinyan hökumətin yükünü daşıya bilmir” və ona görə də istefa verməlidir. “Biz onu bu yükdən azad etməyə hazırıq. Paşinyan vaxtından əvvəl istefa versə, yaxşı olar, əks halda öhdəliklərini yerinə yetirmək daha çətin olacaq”, - Sarkisyan qeyd edib.

Onun sözlərinə görə, parlamentdə təmsil olunan 35 müxalif deputatın hər birinə mitinqə fərdi dəvətnamə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti