Brüsseldə dövlət binalarında zəhərli məktublar tapılıb

Brüsseldə dövlət binalarında zəhərli məktublar tapılıb
  17 Fevral 2024    Oxunub:1098
Belçika polisi ölkənin hökumət binalarında tərkibində zəhər olan məktublar aşkar edib.
Bu barədə şəhər prokurorluğu məlumat yayıb. "Üç müxtəlif yerdə - Kral II Albert bulvarında Dövlət Təhlükəsizlik Xidmətinin binası, Nəbatat bağı bulvarındakı ədliyyə nazirinin ofisi və Poulart meydanındakı məhkəmə binasında zəhərli ağ toz olan məktublar aşkarlanıb”, - prokurorluğun bəyanatında deyilir. Qeyd olunur ki, tozla təmasda olan hər kəs təcrid olunaraq müayinə edilib.

Brusin mərkəzi sinir sistemini həyəcanlandırır, səs və işığın təsiri ilə güclənən əzaların, boyun və üzün motor əzələlərinin spazmlarına səbəb olur.

Farmakoloji təsirinə görə brusin strikninə bənzəyir, lakin daha az zəhərlidir. Bununla belə, brusin yalnız tənəffüs yolu ilə və ya bədənə başqa bir şəkildə daxil olduqda təhlükəli olur. Oral qəbul edildikdə insanlar üçün öldürücü doza 0,1-0,3 q təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti