Şolts: "Bakı-İrəvanın məsələləri sülh yolu ilə həll etmək vədini yüksək qiymətləndiririk"

    Şolts:  "Bakı-İrəvanın məsələləri sülh yolu ilə həll etmək vədini yüksək qiymətləndiririk"
  17 Fevral 2024    Oxunub:939
Almaniya kansleri Olaf Şolts Bakı ilə İrəvan arasında danışıqların tezliklə başa çatmasının tərəfdarı olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin məlumatı məlumat yayıb.

Bildirilib ki, Şolts Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra müvafiq bəyanatla çıxış edib.

"Üçtərəfli görüş zamanı kansler iki ölkə arasında sülh danışıqlarının tezliklə yekunlaşmasının tərəfdarı olduğunu bildirib. Almaniya və Avropa bunu öz qüvvələri ilə dəstəkləməyə hazır olacaqlar", - bəyanatda deyilir.

Almaniya Nazirlər Kabinetinin məlumatına görə, kansler hər iki tərəfin mövcud fikir ayrılıqlarını həll etmək və məsələləri yalnız sülh yolu ilə və zorakılıq olmadan həll etmək vədini yüksək qiymətləndirib.

AzVision.az


Teqlər:





Xəbər lenti