Zelenski: Tramp Ukraynaya gəlsə, onunla cəbhəyə getməyə hazıram"

      Zelenski:    Tramp Ukraynaya gəlsə, onunla cəbhəyə getməyə hazıram"
  17 Fevral 2024    Oxunub:980
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynaya səfər edəcəyi təqdirdə onunla cəbhəyə getməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Zelenski bunu Münhen Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlamasında deyib.

"Mən onu Ukraynaya açıq şəkildə dəvət etdim. Amma bu, onun istəyindən asılıdır", - Zelenski deyib.

Ukrayna lideri əlavə edib ki, o, ABŞ prezidentliyinə bütün namizədlərlə, hər iki Amerika partiyasının nümayəndələri ilə dialoqa hazırdır, çünki onlar Rusiya-Ukrayna müharibəsində əslində nə baş verdiyini bilməlidirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti