Navalnının cəsədi yoxa çıxıb

   Navalnının cəsədi yoxa çıxıb
  17 Fevral 2024    Oxunub:1444
Salexard şəhər morqu söyləyib ki, keçmiş müxalifət lideri Aleksey Navalnının cəsədi onlarda yoxdur.
AzVision.az bildirir ki, bu barədə Aleksey Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib.

"Cəzaçəkmə koloniyasından gələn bildirişə əsasən, Alekseyin anası və vəkili Salexard şəhərindəki morqa gediblər, lakin nədənsə morq bağlı olub. Vəkil qapıda yazılan telefon nömrəsinə zəng vurub. Deyiblər ki, o, zəng vuran yeddinci adamdır; Navalnının cəsədi bu morqda deyil", - mətbuat katibi deyib.

Aleksey Navalnı tərəfindən yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanovun sözlərinə görə, "cəzaçəkmə koloniyası yanlış məlumat verib".

Hadisə ilə bağlı "Новой-Европа" qəzətinə açıqlama verən mənbələr bildirirlər ki, "ölümün əsl səbəbini gizlətmək üçün cəsədin yoxa çıxarılması" ehtimalı var.

Xatırladaq ki, Rusiya müxalifətinin keçmiş lideri Aleksey Navalnı dünən Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsindəki "Qütb bayquşu" cəzaçəkmə koloniyasında ölüb.


Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Navalnı   cəsəd  





Xəbər lenti