Mark Rutte: "Tramp barədə gileylənməkdən əl çəkməliyik"

      Mark Rutte:    "Tramp barədə gileylənməkdən əl çəkməliyik"
  17 Fevral 2024    Oxunub:1100
Niderlandın Baş naziri Mark Rutte ABŞ-də prezidentliyə namizəd Donald Trampla bağlı Avropada narahatlığı əbəs adlandırıb.
AzVision.az xəbər verir ki, o bu barədə Münhen Təhlükəsizlik Konfrasında çıxışı zamanı deyib.

"Müdafiəyə daha çox vəsait ayırsaq da, sursat istehsalını artırsaq da, - bu, Trampın istəyinə görə deyil. Tramp ABŞ-də namizəddir, mən ki amerikalı deyiləm, ona, ya başqasına səs verə bilmərəm. Gördüyümüz işləri yalnız öz arzumuzla həyata keçirməliyik. Bu çox vacibdir", - Rutte söyləyib.
Avropa Trampa qarşı: "Hamımız birimiz, birimiz hamımız üçün"

Xatırladaq ki, sabiq ABŞ prezidenti Donald Tramp ötən günlərdə NATO-nun müdafiə xərclərinə lazımi vəsait ayırmayan üzv ölkələri Rusiya təhlükəsi ilə hədələyib. Bu, Avropa liderlərini bərk qəzəbləndirib.

Maraqlıdır ki, Niderlandın Baş naziri Mark Rutte NATO-nun baş katibi postuna namizəd kimi qiymətləndirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Avropa   Amerika   Niderland   nazir   Tramp  





Xəbər lenti