Türkiyə Ordusu şəhid verib

   Türkiyə Ordusu şəhid verib
  17 Fevral 2024    Oxunub:1110
İraqın şimalında, "Pənçə-Kilid" əməliyyatı bölgəsində 1 türk əsgəri şəhid olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

Terrorçuların hücum cəhdi nəticəsində meydana gələn atışmada əsgər Saleh Ay şəhid olub.

Atışma zamanı 6 terrorçu zərərsizləşdirilib.

Nazirlik bölgədə əməliyyatların davam etdiyini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   şəhid  





Xəbər lenti