Macarıstan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcək

 Macarıstan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəcək
  17 Fevral 2024    Oxunub:1332
Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban ölkənin əsas siyasi prioritetləri barədə çıxış edərkən bildirib.

"İsveçlə mübahisəmiz sona çatmaq üzrədir. İsveçin Baş naziri Ulf Kristersson ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atdıq. Parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyə doğru gedirik", - cənab Orban bildirib.

Fevralın 5-də Macarıstan parlamentində İsveçin NATO-ya üzv olması üçün ərizənin ratifikasiyası ilə bağlı səsvermə hakim partiyaların: "Fides" və Xristian Demokratik Xalq Partiyasının koalisiyasından olan deputatların iclasda iştirak etməməsi səbəbindən baş tutmayıb.

İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. Alyansın yalnız iki ölkəsi: Türkiyə və Macarıstan onun ərizəsini ratifikasiya etməkdən imtina edib. Macarıstan Xarici İşlər Nazirliyi İsveç hökumətini Macarıstanı qeyri-demokratik siyasətdə ittiham etdiyinə görə tənqid edib.

25 yanvar 2024-cü ildə Türkiyə, nəhayət, İsveçin NATO üzvlüyünün ratifikasiya edib. Yanvarın 24-də Viktor Orban bildirib ki, o, ölkə parlamentini ilk fürsətdə İsveçin alyansa daxil olmasına dəstək verməyə çağırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti