Şoyqu Putinə Avdeevkanın tutulması barədə məlumat verib

   Şoyqu Putinə Avdeevkanın tutulması barədə məlumat verib
  18 Fevral 2024    Oxunub:1020
Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə Donetsk vilayətinin Avdeevka şəhərinin tam olaraq "Mərkəz" qoşun qrupu tərəfindən nəzarətə götürülməsi barədə məlumat verib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Rusiya qoşunları 31,75 kvadratmetr km ərazini nəzarətə götürüb. Hazırda Ukrayna hərbçilərinin Avdeevkadan sona qədər çıxarılması işləri aparılır.

Mətbuat xidmətinin məlumatına görə, Avdeevkanın alınması cəbhə xəttini Donetskdən uzaqlaşdırmağa imkan verib. "Mərkəz" qrupunun qoşunlarının hücumlarını davam etdirdiyi iddia edilir.

Fevralın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski şəxsi heyəti qorumaq üçün qoşunları şəhərdən çıxarmaq qərarına gəldiyini açıqlayıb. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri geri çəkiləcəyi təqdirdə əvvəllər hazırlanmış mövqelərin işğal ediləcəyini bildirmişdi.

Ukraynanın "Tavriya" Silahlı Qüvvələrinin komandanı Aleksandr Tarnavski bildirib ki, Ukrayna hərbçilərinin bir hissəsi Avdeevkadan geri çəkilərkən əsir götürülüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti