20 il başındakı iynə ilə yaşadı

20 il başındakı iynə ilə yaşadı
  19 Fevral 2024    Oxunub:780
Çinin Sıçuan əyalətindən olan 74 yaşlı xəstə yaddaş problemlərinə görə həkimlərə müraciət edib.
Bu barədə “Daily Mail” məlumat yayıb. Həkimlər müayinə zamanı xəstənin beynindəki arteriyaya çox kiçik iynənin ilişdiyini aşkar ediblər.
Kişinin yaxınları onun 20 il əvvəl miqren xəstəliyinə görə akupunktur prosedurlarından keçdiyini xatırladıblar. İynəni çıxarmaq üçün həkimlər xəstənin kəllə sümüyünün bir hissəsini kəsiblər. Onu çıxarmaq üçün cərrahi mikroskop lazım olub.

Əməliyyatdan 10 gün sonra kişi süni nəfəs aparatından ayrılıb və o, sağalmağa başlayıb. Lakin ümumi anesteziya zamanı yaranan fəsad səbəbindən xəstə ölümcül ağciyər infeksiyasına yoluxub və əməliyyatdan sonra cəmi üç həftə yaşayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti