ABŞ-da 68 yaşlı kişi qan xərçəngi və İİV-dən sağalıb

   ABŞ-da 68 yaşlı kişi qan xərçəngi və İİV-dən sağalıb
  19 Fevral 2024    Oxunub:840
ABŞ-ın ən böyük xərçəng araşdırma və müalicə təşkilatlarından biri “Ümid Şəhəri” 68 yaşlı bir kişinin qan xərçəngi və HİV-dən sağaldığını açıqlayıb.
O, həm qan xərçənginə, həm də HİV-ə qalib gələn ən yaşlı xəstə olub. Kaliforniyadan olan 68 yaşlı Paul Edmonds nadir genetik mutasiyaya malik kök hüceyrələr aldıqdan sonra kəskin miyelogen leykemiya və HİV-dən sağalan dünyada beşinci insan olub.

Bu mutasiya insanları virusun infeksiyasına qarşı davamlı edir. Paul Edmonds 6 fevral 2019-cu ildə sümük iliyi transplantasiyası olunub və hazırda leykemiyadan sağalmış hesab edilir. O, təxminən üç il əvvəl HİV-ə qarşı antiretrovirus terapiyasını dayandırıb və iki ildən sonra HİV-dən sağalmış hesab olunacaq.

Alimlər xəstənin HİV infeksiyasının yaşını və müddətini nəzərə alaraq terapiyanı uyğunlaşdırıblar. Beləliklə, fəsadların yaranma ehtimalını azaltmaq üçün daha aşağı intensivlikli kimyaterapiyadan istifadə ediblər.

Müalicə üçün onlar xəstəyə mükəmməl uyğun gələn və ümumi əhalinin yalnız 1-2%-də rast gəlinən nadir genetik mutasiyaya malik donor tapıblar.


AzVision.az


Teqlər:





Xəbər lenti