Qəbilə toqquşmalarında 64 nəfər ölüb

   Qəbilə toqquşmalarında 64 nəfər ölüb
  19 Fevral 2024    Oxunub:796
Papua-Yeni Qvineyanın Enqa əyalətində qəbilə toqquşmaları nəticəsində 64 nəfər ölüb.
Bu barədə yerli “PNG Post-Courier” nəşri polisə istinadən məlumat yayıb. Polis Enqadakı silahlı toqquşmaların Ambulin və Sikin qəbilələri arasında davam edən mübarizə olduğunu təsdiqləyib. Məlumata görə, qurbanlar pusquda öldürülüb. Bu hadisə ölkənin yaxın tarixində ən böyük qətl hadisəsidir.

Belə ki, cəsədlər bir yerdə deyil, çöldə, yolun kənarında və çayın yaxınlığında tapılıb. Polis meyitləri maşınlara yükləyib və şəxsiyyətlərini müəyyən etmək üçün ərazidən aparıb.

AzVision.az


Teqlər:





Xəbər lenti