İrəvanda 6-sı uşaq olmaqla 13 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

İrəvanda  6-sı uşaq olmaqla 13 nəfər  ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
  19 Fevral 2024    Oxunub:1014
Dünən axşam saatlarında İrəvanda fövqəladə hadisə baş verib.
Kriminal xəbər saytı olan "Shamshiyan"ın yaydığı məlumata görə, növbətçi təcili yardım briqadaları xeyli sayda vətəndaşı "Muraçan" Uşaq Xəstəxanasına və Ermənistan Tibb Mərkəzinə çatdırıblar.

"Bu vətəndaşlar Nubaraşen inzibati rayonundan gətiriliblər, "Muraçan"a 3, 4, 5, 7, 10 və 14 yaşlı 6 uşaq ağır vəziyyətdə yerləşdirilib. Əlavə olaraq, 7 nəfər də böyüklər üçün nəzərdə tutulan Ermənistan Tibb Mərkəzinə aparılıb", - nəşr yazıb.

Qeyd edilir ki, sözügedən şəxslərin şənlik mərasimində iştirak etdikləri evlərin birində odun sobası qonaq otağına köçürülərkən düzgün quraşdırılmayıb. Ehtimal edilir ki, onlar qazdan zəhərləniblər.

Tural Tağıyev

AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti