Fransa və Ermənistan Rusiyaya ən çox viski ixrac edən ölkələr siyahısında

Fransa və Ermənistan Rusiyaya ən çox viski ixrac edən ölkələr siyahısında
  19 Fevral 2024    Oxunub:918
Ötən il Latviya Rusiyaya rekord məbləğdə, 251,2 milyon dollar dəyərində viski tədarük edib.
Bu barədə “Praym” agentliyi məlumat yayıb. Nəşr yazır ki, bu, digər ixracatçı ölkələrin ümumi göstəricisindən üç dəfə çoxdur.

Litva tədarüklə bağlı 6 dəfə az göstərici ilə ikinci yeri tutub - 39 milyon dollar.

Litvadan sonra 14,8 milyon dollar dəyərində viski ixracı ilə Böyük Britaniya gəlir. Sonrakı dörd və beşinci yerləri isə hər biri 7 milyon dollarlıq ixracla Fransa və Ermənistan tutublar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Viski   Rusiya  





Xəbər lenti