Rusiya siyasətçiyə sui-qəsd hazırlayan agenti aradan götürüb

   Rusiya siyasətçiyə sui-qəsd hazırlayan agenti aradan götürüb
  19 Fevral 2024    Oxunub:1029
Rusiyanın təhlükəsizlik qüvvələri seçkilər ərəfəsində Zaporojya vilayətində siyasətçilərdən birinə qarşı terror aktı hazırlayan ukraynalı agenti zərərsizləşdiriblər.
"Federal Təhlükəsizlik Xidməti Ukrayna təhlükəsizlik xidməti tərəfindən ələ alınmış və 2024-cü ilin seçki dövrü ərəfəsində siyasi xadimlərdən birinə qarşı terror aktı hazırlayan Rusiya vətəndaşı Vitali Dyatlenkonun fəaliyyətini ifşa edib. Onun planının qarşısı alınıb", - məlumatda yazılıb.

Qeyd edlir ki, o, partlayıcı qurğudan istifadə etməklə terror aktı törətmək istəyib. Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları onu partlayıcı maddələrlə təmin edib və konkret planlar da veriblər.

Əməliyyatçılar Dyatlenkonu həbs etməyə cəhd edərkən o, təhlükəsizlik əməkdaşlarına silahlı müqavimət göstərib və agent cavab tədbirləri ilə zərərsizləşdirilib: "Mülki əhali və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itki yoxdur".

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Agent  





Xəbər lenti