Ukraynada müharibə neft şirkətlərinə necə xeyir gətirdi? - HESABAT

   Ukraynada müharibə neft şirkətlərinə necə xeyir gətirdi? -    HESABAT
  19 Fevral 2024    Oxunub:1052
Rusiyanın Ukraynaya hücumu nəticəsində əhalinin enerji xərcinin artması dünyanın ən böyük 5 neft şirkətinə 1/4 trilyon dollardan çox gəlir gətirib.
AzVision.az xəbər verir ki, bu barədə dünya üzrə təbii sərvətlərin istismarı, münaqişələr, yoxsulluq, korrupsiya və insan hüquqlarının pozulması ilə mübarizə aparan "Global Witness" qeyri-hökumət təşkilatının hesabatında vurğulanır.

Hesabatda adları çəkilən böyük neft şirkətlərinin: BP, "Shell", "Chevron", "ExxonMobil" və "TotalEnergies"in 2022-ci ilin fevralında müharibə başlayandan bəri 281 milyard dollar (477 milyard AZN) qazandığı bildirilir.

Böyük Britaniyanın BP və "Shell" şirkətləri sözügedən müddət ərzində ümumilikdə 94,2 milyard dollar (160 milyard AZN) gəlir götürüb ki, bu, həmin ölkədə bütün evlərin ardıcıl 17 ay elektrik enerjisi ödənişlərini ödəməyə kifayətdir.

(Dünyanın neft üzrə ən böyük şirkətləri: BP, "Shell", "Chevron", "ExxonMobil" və "TotalEnergies")

Avropa və ABŞ-də neft sahəsində nəhəng şirkətlərin: "Chevron", "ExxonMobil" və "TotalEnergies"in ümumilikdə mənfəəti isə 187 milyard dollardan (318 milyard AZN) çox göstərilir.

"Rusiyanın Ukraynaya təcavüzü müharibənin kölgəsində yaşayan ukraynalılardan tutmuş evlərini qızdırmaqda çətinliklə üzləşən Avropa sakinlərinədək milyonlarla insan üçün fəlakətdir", - təşkilatın qurucularından biri, qalıq yanacaqlar üzrə baş müstəntiqi Patrik Qale söyləyib.

Onun sözlərinə görə, "müharibənin əsl qalibləri məhz bu şirkətlərdir".

Hesabata əsasən, beynəlxalq gəmiçilik və yeyinti sənayesi şirkətlərinin də mənfəəti son iki ildə xeyli artıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ukrayna   neft   şirkətlər   mənfəət   hesabat  





Xəbər lenti