Bizə ABŞ-nin nüvə silahı lazım deyil - Orpo

  Bizə ABŞ-nin nüvə silahı lazım deyil   - Orpo
  19 Fevral 2024    Oxunub:981
Finlandiya hakimiyyəti öz ərazilərində Amerika nüvə silahlarının yerləşdirilməsinə ehtiyac görmür.
AzVision.az xəbər verir ki, bunu Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində Finlandiyanın baş naziri Petteri Orpo deyib.

Orpo qeyd edib ki, hazırda ölkəsinə nüvə arsenalının daşınmasına zərurət yaranmayıb. Çünki NATO özü nüvə hücumunun qarşısının alınmasını təmin edir. O xatırladıb ki, alyansın təhlükəsizliyini təmin etmək üçün təşkilata üzv olan bir neçə ölkədə nüvə başlıqları yerləşdirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Finlandiya   Nüvə   ABŞ  





Xəbər lenti