Rusiya “Lenfilm”in direktorunu axtarışa verdi

Rusiya “Lenfilm”in direktorunu axtarışa verdi
  19 Fevral 2024    Oxunub:793
“Lenfilm” kinostudiyasının baş direktoru Fyodor Şerbakov Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin axtarış bazasında məlumat yerləşdirilib.

O, cinayət maddəsi ilə axtarışa verilib, digər təfərrüatlar qeyd olunmayıb.

Şerbakov bu vəzifəyə 2020-ci ilin sentyabrında təyin edilib. O zaman "Lenfilmin" borcu 2,2 milyard rubl təşkil edirmiş. Açıqlanan məlumatlara görə, yeni direktor borcun bağlanması, vəsaitlərin ayrılması üçün hökumət və Mədəniyyət Nazirliyi ilə razılığa gələ bilib. Studiya 2023-cü ilə qədər onun rəhbərliyi altında bütün borcları bağlamağı bacarıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti