Silsilə soyğunlar törədən altı təqaüdçü saxlanılıb

Silsilə soyğunlar törədən altı təqaüdçü saxlanılıb
  19 Fevral 2024    Oxunub:1045
İtaliya polisi 60-70 yaşlı 6 soyğunçunu həbs edib. Onlar poçt şöbələrində soyğunçuluqlarda günahkar bilinirlər.
AzVision.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Təqaüdçülər Romanın cinayət aləmində tanış simalar olublar. Cinayətlər silsiləsi nəhayət Don Bosko bölgəsindəki poçt şöbəsində uğursuz soyğunçuluq cəhdindən sonra sona çatdı. Şübhəli qocalar tutularaq silahlı soyğunçuluqda ittiham olunublar.

Soyğunçuların hamısı uzun müddət imiş ki, polisin nəzarətinə götürülübmüş. Dəstənin lideri, “Alman” ləqəbli 70 yaşlı İtalo de Vitt hələ 1995-ci ildə etdiyi quldurluqla məşhurlaşıbmış. Həmin vaxt o, nahar fasiləsindən yararlanaraq "Credito Italiano" bankını qarət etmişdi. Vitt 15 bank işçisini girov götürdükdən sonra 210 milyon pulla qaçmışdı.

Dəstənin ən yaşlı üzvü olan 75 yaşlı kişi isə qarətlər zamanı "casus" rolunu oynayırmış. Saxlanılanlardan biri poçt şöbələrinin arxa qapıları (Ehtiyat çıxış-red.) üçün dublikat açarların hazırlanmasına cavabdeh olub

Müstəntiqlərin fikrincə, qrup üzvləri ötən ilin mayında Romanın mərkəzindəki poçt şöbəsindən təxminən 200 min avro oğurlamaqda da günahkar bilinirlər.

Həmçinin bildirilir ki, bandanın sidik qaçırma xəstəliyindən əziyyət çəkən 66 yaşlı üzvü təcili prostat əməliyyatı etdirdiyi üçün planlaşdırılan qarətlərdən biri baş tutmayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Qarət   İtaliya  





Xəbər lenti