Azərbaycan 1 həftədə 2,1 milyon yumurta göndərib - "Rosselxoznadzor"

   Azərbaycan 1 həftədə 2,1 milyon yumurta göndərib -    "Rosselxoznadzor"
  19 Fevral 2024    Oxunub:904
Son bir həftədə Azərbaycandan Rusiyaya 2,1 milyon, Türkiyədən isə 316,8 min yumurtası tədarük edilib.
AzVision.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Qeyd edilir ki, məhsullar Rusiya Federasiyasında satış üçün nəzərdə tutulub.

Azərbaycan və Türkiyədən 2024-cü ilin əvvəlindən Rusiyaya 22,3 milyon qida yumurtası idxal edilib. Bu isə, 2023-cü ilin əvvəlindən qiyməti qalxan yumurtanın orta dəyərini 2,6% aşağı salmağa imkan verib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Yumurta  





Xəbər lenti