Zelenski cəbhə xəttinə gedib

Zelenski cəbhə xəttinə gedib
  19 Fevral 2024    Oxunub:747
Ukrayna Prezidenti Volodimir Zelenski Kupyansk vilayətində cəbhə xəttinə gedib.
Bu barədə Ukrayna Prezident Aparatının mətbuat xidməti məlumat yayıb. Belə ki, Zelenski Xarkov vilayətinə səfəri zamanı Kupyanskın müdafiəsi üzrə döyüş tapşırıqlarını yerinə yetirən “Böyük Knyaz Roman” adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın batalyon komandanlıq məntəqəsinə baş çəkib.

Bildirilib ki, Ukrayna dövlət başçısı briqada komandiri polkovnik-leytenant Aleksey Trubnikovun cəbhənin bu hissəsindəki əməliyyat vəziyyəti və Müdafiə Qüvvələrinin bir-birinə yaxın bölmələri ilə qarşılıqlı əlaqə haqqında məruzəsini dinləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti