Braziliya İsraildəki səfirini geri çağırdı

   Braziliya İsraildəki səfirini geri çağırdı
  20 Fevral 2024    Oxunub:784
Braziliya prezidenti Lula da Silva ölkənin İsraildəki səfirini geri çağırıb. Bu barədə BDF yazır.
Ölkə bunu bir gün əvvəl İsrail Xarici İşlər Nazirliyinin Braziliya liderini persona non qrata elan etməsi ilə əlaqələndirib.

Fevralın 18-də jurnalistlərlə söhbətində Luis İnasio Lula da Silva bildirib ki, Qəzza zolağında müharibə “əsgərlər və əsgərlər” arasında deyil, “yaxşı təlim keçmiş ordu, qadınlar və uşaqlar” arasında gedir. O, Qəzzada gedən döyüşləri və onun nəticələrini Holokostla müqayisə edib.

Bunun ardınca İsrailin xarici işlər naziri İsrael Katz Braziliya səfirini çağıraraq, Lula da Silvanın üzr istəyənə və sözlərindən geri çəkilənə qədər persona non-qrata elan edildiyini çatdırıb. Onun sözlərinə görə, Qəzza zolağında İsrail hərbi əməliyyatı ilə Hitlerin hərəkətlərini müqayisə etmək Holokost qurbanlarının xatirəsini ləkələyən ciddi antisemitizm hücumudur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti