İsrail Qəzzada ayırıcı yol çəkir

   İsrail Qəzzada ayırıcı yol çəkir
  20 Fevral 2024    Oxunub:525
İsrail Ordusu hərbi reydləri asanlaşdırmaq və əhalinin hərəkətini nəzarətdə saxlamaq üçün Qəzza zolağının şimalını cənubundan ayıran yol çəkməyə başlayıb.
AzVision.az xəbər verir ki, ABŞ-də yerləşən Müharibənin Tədqiqi İnstitutu (ISW) və İctimai Siyasət Araşdırmaları İnstitutunun Kritik Təhdidlər Layihəsi (CTP) bu barədə məlumat yayıb.

Təşklilatlar bildirir ki. tikilən yol "Qəzza əhalisinin şimaldan cənuba axınını məhdudlaşdırmaq və ərazini qoruma" məqsədi daşıyır".

Məlumata görə, "zolağı kəsən yol İsrail Ordusunun burada uzunmüddətli məskunlaşma planının bir hissəsidir".

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   Fələstin  





Xəbər lenti