Moskva məhkəməsi məşhur siyasətçini qiyabi həbs etdi

Moskva məhkəməsi məşhur siyasətçini qiyabi həbs etdi
  20 Fevral 2024    Oxunub:581
Moskva məhkəməsi siyasətçi Leonid Qozman barəsində qiyabi həbs qərarı çıxarıb. O Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaymaqda ittiham olunur.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Qeyd edilir ki, işin Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 1-ci hissəsi ilə başlanmasına səbəb Qozmanın sosial şəbəkələrdə Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Buça şəhərindəki fəaliyyətləri haqqında qəsdən təhrif olunmuş məlumatlar yayması olub.

Məhkəmə siyasətçiyə qarşı ekstradisiya və ya Rusiyada saxlandığı andan iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Təqsirləndirilən şəxsin vəkili Mixail Biryukov deyib ki, Qozman özünü təqsirli saymır. Müdafiə tərəfi iddia edir ki, istintaq siyasətçini məlum "cinayətlə" əlaqələndirən kifayət qədər sübut toplamayıb.

Qeyd edək ki, Qozman liberal siyasətçidir, Yeqor Qaydar və Anatoli Çubaysın müşaviri olub. 1990-cı illərin ortalarından Rusiyanın siyasi həyatında fəal iştirak edib. Bundan əlavə, o, "Soyuz pravıx sil" partiyasının liderlərindən biri olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Məhkəmə  





Xəbər lenti