Şahzadə Vilyam: "Qəzzada əməliyyatlar dərhal dayandırılmalıdır"

      Şahzadə Vilyam:    "Qəzzada əməliyyatlar dərhal dayandırılmalıdır"
  21 Fevral 2024    Oxunub:774
Böyük Britaniya taxt-tacının varisi, Vels şahzadəsi Vilyam Qəzza zolağında baş verən bəşəri fəlakətlə bağlı narahatlığını dilə gətirib.
AzVision.az xəbər verir ki, bu barədə şahzadə və xanımının Londondakı iqamətgahı - Kensinqton sarayı məlumat yayıb.

"Əksəriyyət kimi mən də münaqişənin tezliklə bitməsini, əsirlərin azadlığa buraxılmasını istəyirəm. Qəzza zolağına humanitar yardımın artırılmasına ehtiyac var. Davamlı sülhün əhəmiyyəti bəzən yalnız bəşəriyyət böyük əzablarla üzləşəndə başa düşülür. Ən qaranlıq məqamlarda da ümidsizliyə qapılmamalı, daha parlaq gələcək naminə ümidimizi itirməməliyik", - şahzadə deyib.

Kral ailəsinin üzvləri, adətən, belə gərgin məsələlərə münasibət bildirmirlər. Siyasi analitiklər də diqqətə çatdırırlar ki, şahzadə öz fikirlərində tərəf tutmadan sadəcə ümumbəşəri dəyərlərə toxunub. Hərçənd digər tərəfdən, onun Qəzza zolağında humanitar yardım sahəsində çalışanlarla görüşü və antisemitizm əleyhinə kampaniya yürüdən gənclərin müzakirə proqramına qoşulacağı nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   şahzadə   Qəzza  





Xəbər lenti