İsrail Dəməşqə zərbə endirib: 2 ölü - FOTO / VİDEO - YENİLƏNİB

   İsrail Dəməşqə zərbə endirib:  2 ölü  -    FOTO / VİDEO - YENİLƏNİB
  21 Fevral 2024    Oxunub:1145
İsrailin Dəməşqdə yerləşən yaşayış binasına raket zərbələri nəticəsində 2 nəfərin öldüyü bildirilir.
Suriya dövlət televiziyasının məlumatına görə, hazırda ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Suriya İnsan Haqları Müşahidə Qrupunun rəhbəri Rami Əbdürrəhman da ölüm faktını təsdiqləyib.

Bildirilir ki, zərbə nəticəsində onmərtəbəli binanın dördüncü mərtəbəsi dağılıb, həmçinin ətraf binaların pəncərələri sınıb, ərazidə dayanan onlarla avtomobilə də ziyan dəyib.

Yaxınlıqdakı "Əl-Bəvadir" orta məktəbinin boş avtobusu da hadisədə zərər görüb. İnsanlar uşaqlarını götürmək üçün özlərini məktəbə yetiriblər.

* * *
12:35

İsrail Silahlı Qüvvələri Suriyanın paytaxtı Dəməşq şəhərinə bir neçə raket zərbəsi endirib.

AzVision.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, raketlər şəhərin Kəfr Suse məhəlləsindəki yaşayış binalarına düşüb. Həmin məhəllədə bir neçə təhlükəsizlik agentliyinin yerləşdiyi bildirilir.

İtki barədə təfərrüat hələlik açıqlanmayıb.

İsrail ötən ilin fevralında da bu ərazini raket atəşinə tutmuş və nəticədə orada fəaliyyət göstərən iranlı hərbi mütəxəssislər həyatlarını itirmişdilər.

Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: İsrail   Suriya   raket   zərbə  





Xəbər lenti