Litvanın müdafiə naziri: "Avropa Rusiyaya surpriz hazırlayır"

Litvanın müdafiə naziri:    "Avropa Rusiyaya surpriz hazırlayır"
  21 Fevral 2024    Oxunub:960
Litvanın müdafiə naziri Arvidas Anuşauskas Rusiya ilə bağlı diqqət çəkən açıqlamalar verib.
LRT-nin yaydığı məlumata görə, o, Avropa ölkələrinin Ukraynaya dəstək məsələsində Rusiyaya “sürpriz” hazırladığını deyib.

Nazir iddia edib ki, bəzi ölkələr öz dəstəyini əhəmiyyətli dərəcədə artırırlar.

O, Moskvaya yeni təzyiqlə bağlı söhbətin nədən getməsi barədə suala konkret cavab verməyib. Anuşauskas sadəcə qeyd edib ki, “qoy bu Rusiya üçün sürpriz olsun”. Onun sözlərinə görə, bütün tərəflər Kiyevə yardımların gücləndirilməsi “hətta yardım formalarının dəyişdirilməsi”ni razılaşdırıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti